Aktual mövzular: Dollar alış-satışı , Cəbhədə gərginlik, Məzənnə, Hava haqqında, Neftin qiyməti

Rabitəçilərin stolüstü tennis yarışlarının qalibi bəlli oldu

Rabitəçilərin stolüstü tennis yarışlarının qalibi bəlli oldu

Azerbaijani table tennis players to compete in Swedish Open (21 February 2017 11:46)
Azerbaijani table tennis players claim two medals in Czech Open (10 February 2017 18:46)
Junior Azerbaijani table tennis players to compete in Czech Open tournament (07 February 2017 17:46)

Date: 21 October 2016 18:35

Rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramı və ölkəmizdə telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar "Sağlamlıq – 2016" rabitə işçilərinin Respublika Spartakiadası çərçivəsində növbəti yarışlar baş tutub.

 
Spartakiada çərçivəsində keçirilən  stolüstü tennis üzrə turnirinə artıq yekun vurulub.
 
İlkin mərhələdə yarış hər birində 4 komanda, hər komandada 3 nəfər olmaqla A və B qrupları arasında keçirilib.
 
Final mərhələsinə A qrupundan "Azərpoçt" MMC və Məlumat Hesablama Mərkəzinin (MHM), B qrupundan isə Dövlət Radiotezliklər İdarəsi (DRİ) və "Aztelekom" MMC-nin komandaları finala vəsiqə qazanıb.
 
Yekun mərhələyə vəsiqə qazanmış komandalar turnirin birinci yeri uğrunda mübarizəni dairəvi sistem üzrə davam etdiriblər. 

Gərgin mübarizə şəraitində yarışan komandalar arasında fərqlənən Dövlət Radiotezliklər İdarəsi komandası "Azərpoçt" komandasını 2:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub. 









Tags:  Rabitəçilərin stolüstü tennis yarışlarının qalibi bəlli oldu



RƏYLƏR


Top news