Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Daha bir marşrut xəttində ödəniş kartla olacaq

Daha bir marşrut xəttində ödəniş kartla olacaq

Bakıda ​avtobusa minərkən kartı bu cür edin... (04 Mart 2017 12:35)
Bakıda daha 17 ünvanda yeni dayanacaq məntəqələri müəyyənləşdirilib (22 Fevral 2017 10:57)
Bakıda yeni dayanacaqların yeri bəlli oldu (22 Fevral 2017 10:54)

Tarix: 21 Oktyabr 2016 18:37

Bakıda daha bir marşrut xətti üzrə avtobuslarda kartla ödəniş sisteminə keçiləcək.

Milli.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.

O qeyd edib ki, davam etməkdə olan optimallaşdırma prosesində beynəlxalq təcrübəyə əsaslanaraq müntəzəm sərnişindaşıma sahəsində xidmət səviyyəsini artıran, nağdsız ödəniş sisteminə qoşulan daşıyıcılara xüsusi önəm veriləcək:

"Daşıyıcıların nağdsız ödəniş sisteminə qoşulması işləri isə davam edir. BNA-nin müvafiq tələbinə uyğun olaraq yaxın vaxtlarda 88 saylı marşrut xətti üzrə də gediş haqqının ödənilməsi "BakıKart" vasitəsi ilə həyata keçiriləcək. Hazırda marşrut xəttinin müvəqqəti istismara verildiyi daşıyıcı şirkət nağdsız ödəniş sisteminə keçidlə əlaqədar zəruri texniki işləri yekunlaşdırmaq üzrədir".

İlkin İzzət
Milli.Az


Teqlər:  marşrut xəttində ödəniş kartla olacaq



RƏYLƏR


Top xəbərlər