“Azneft” tullantıların 100% utilizasiyasına nail olub

“Azneft” tullantıların 100% utilizasiyasına nail olub
18:47 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində 2016-cı ilin yanvar-sentyabr ayları üzrə texniki-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, iclasda SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskdəndərov, SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəisi Rüfət Səfərov, birliyin rəhbərliyi, idarə və şöbə rəisləri iştirak ediblər.

“Azneft” İB-nin Baş direktorunun birinci müavini, Baş mühəndis Balamirzə Ağarəhimov 2016-cı ilin doqquz ayı ərzində neft-qaz hasilatı sahəsində görülən işlərdən danışıb, qarşıya qoyulmuş tapşırıqların icrası barədə geniş məlumat verib, hasilatın sabitləşdirilməsi istiqamətində görülən tədbirlərdən, tətbiq edilən yeni texnologiyalardan söz açıb. 
Tədbirdə Baş direktorun müavini Rüstəm Zeynalov, tikinti işləri üzrə müavini Əlimusa Quliyev, əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov müvafiq dövr ərzində həyata keçirilmiş qazma işləri, əsaslı tikinti və təmir layihələri, infrastrukturun abadlaşdırılması, yerinə yetirilən tikinti-quraşdırma işləri, eləcə də istehsalat obyektlərində əməyin mühafizəsi sahəsində görülən işlər haqqında məruzə ediblər. 
Bildirilib ki, bu il ərzində 9 meydança tikilərək təhvil verilib, bu ilin avqust ayından etibarən tullantıların 100% utilizasiyasın nail olunub. 
Sonda “Azneft” İstehsalat Birliyi üzrə 2016-cı ilin doqquz aylıq nəticələri müsbət hesab edilib.








Xəbərin orijinal ünvanı: http://report.az/energetika/azneft-avqustdan-etibaren-tullantilarin-100-utilizasiyasina-nail-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR