Polat Alemdar İstanbulda ifadə verib

Polat Alemdar İstanbulda ifadə verib
19:02 21 Oktyabr 2016
189 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Türkiyədə "Kurtlar Vadisi" serialı ilə məşhurlaşan Necati Şaşmaz İstanbul ədliyyə sarayında ifadə verib. 
"Report"un məlumatına görə, Polat Alemdar rolunun ifaçısı serialı ərsəyə gətirən "Pana Film"in "Kurtlar Vadisi Darbe" markasının patent hüququnu əldə etmək üçün etdiyi müraciət nəticəsində aparılan araşdırma çərivəsində istintaqa cəlb olunub.
Araşdırmanın başlanmasına səbəb iyulun 15-də Türkiyədə Fətullahcı Terror Təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişinə cəhdindən iki ay əvvəl sözügedən marka üçün müraciətin olunmasıdır.

Qeyd edək ki, Türkiyə Patent İstitutu marka üçün müraciətin dövlər çevrilişinə cəhddən əvvəl olduğunu nəzərə alaraq mövzu ilə bağlı şübhələndiyini bildirib və prokurorluğa müraciət edib.



Xəbərin orijinal ünvanı: http://report.az/region/polat-alemdar-i-stanbulda-ifade-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR