Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səfir Brüsseldə Azərbaycanla bağlı təqdimat keçirib

Səfir Brüsseldə Azərbaycanla bağlı təqdimat keçirib

Date: 21 October 2016 19:02

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov Brüssel Beynəlxalq Qadınlar Klubu qarşısında mövzu üzrə təqdimatla çıxış edib.
Azərbaycanın Belçikadakı səfirliyindən "Report"a verilən məlumata görə, təqdimat zamanı səfir klub iştirakçılarına Azərbaycanda mövcud olan çoxəsrlik dözümlülük mühiti, ölkəmizin sivilizasiyaların kəsişdiyi məkanda tutduğu mövqe, beynəlxalq müstəvidə mədəniyyət və dinlərarası dialoqa verdiyi töhfədən danışıb.
Diplomat ölkəmizin geosiyasi mövqeyi, regionda baş verən proseslər, Ermənistan-Azərbaycan münaqişəsi barədə iştirakçıları məlumatlandırıb. F.İsgəndərov münaqişənin tezliklə sülh yolunu ilə həllinə inamıni ifadə edib.
Daha sonra tədbir iştirakçıların sualları cavablandırılıb və Azərbaycanla bağlı film göstərilib.




Tags:  Səfir Brüsseldə Azərbaycanla bağlı təqdimat keçirib

RƏYLƏR


Top news