Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

ABŞ şirkətinin xalis mənfəəti 5 dəfədən çox azalıb

ABŞ şirkətinin xalis mənfəəti 5 dəfədən çox azalıb

Əhali avro almaqdan imtina edir (11 Mart 2017 20:22)
Banklara yanvar ayında daha çox rubl təklif olunub (11 Mart 2017 18:17)
Yanvar ayında əhaliyə xalis dollar satışı 3 dəfə artıb (11 Mart 2017 16:17)

Tarix: 21 Oktyabr 2016 19:17

Bakı. 21 oktyabr. REPORT.AZ/ Neft-qaz sektorunda dünyanın ən böyük xidmət müəssisələrindən olan ABŞ-ın "Schlumberger" şirkətinin III rüb xalis mənfəəti keçən ilin analoji dövrü ilə müqayisədə 5,6 dəfə azalaraq 176 mln. ABŞ dolları təşkil edib. 
"Report"un xarici mətbuata istinadən verdiyi xəbərə görə, şirkətin hər bir səhminin payına düşən xalis mənfəət 0,13 dollar olub. Keçən ilin III rübündə bu göstərici 0,78 dollara çatıb.
Şirkətin Baş direktoru Paal Kibsgardın (Paal Kibsgaard) sözlərinə görə, III rübdə şirkətin fəaliyyəti sabitləşib və onlar Şimali Amerikanın quru sahəsi, Yaxın Şərq və Rusiyadakı layihələrdə fəallığın artmasını gözləyirlər. "Schlumberger"in III rüb gəliri isə ötən ilin analoji dövrü ilə müqayisədə 17% azalaraq 7,02 mlrd. dollara düşüb. Şirkətin gəlirləri Şimali Amerikada 25% geriləyərək 1,7 mlrd. dolara, digər bölgələrdə isə 13,5% azalaraq 5,25 mlrd. dollar təşkil edib. 

Teqlər:  ABŞ şirkətinin xalis mənfəəti dəfədən çox azalıb



RƏYLƏR


Top xəbərlər