Azərbaycanda mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı 31-ə çatıb

Azərbaycanda mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı 31-ə çatıb
19:32 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi tərəfindən mənzil-kommunal sahəsində qanunvericiliyin təbliği, bu sahədə formalaşmaqda olan yeni münasibətlər, çoxmənzilli binalarda mütərəqqi idarəetmə üsullarının tətbiqinə dair maarifləndirmə tədbirlərinin nəticəsi olaraq bu il oktyabrın 1-dək Bakı şəhərinin Yasamal rayonunda 8, Binəqədi rayonunda 6, Xətai rayonunda 5, Nərimanov rayonunda 3, Nəsimi və Səbail rayonlarının hər birində 4 və Abşeron rayonunda 1 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaradılaraq dövlət qeydiyyatından keçib. 
"Report"a İqtisadiyyat Nazirliyindən verilən xəbərə görə, bununla da ölkə üzrə MMMC-lərin sayı 31-ə çatıb.
Eyni zamanda sahə mülkiyyətçiləri arasında maarifləndirmə və təbliğat işlərinin təmin olunması, onların suallarının cavablandırılması, binalarda idarəetmənin təşkilinə yardım göstərilməsi məqsədilə Nazirliyin təşəbbüsü və yerli icra orqanlarının, eləcə də bələdiyyələrin təşkilatçılığı ilə Bakı şəhərinin Binəqədi, Nizami və Nəsimi rayonlarda, həmçinin Sumqayıt və Mingəçevir şəhərlərində Maarifləndirmə mərkəzləri yaradılıb.
Hazırda nazirlik ölkənin ayrı-ayrı ərazilərində yerləşən çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqinin dəstəklənməsi istiqamətində tədbirləri davam etdirir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azerbaycanda-menzil-mulkiyyetcileri-musterek-cemiyyetlerinin-sayi-31-e-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR