Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qələbəmizdə rəqibin öz qapısına qol vurmasının da rolu oldu"

"Qələbəmizdə rəqibin öz qapısına qol vurmasının da rolu oldu"

Date: 21 October 2016 19:47

Əsas məqsədimiz 3 xal qazanmaq idi ki, buna da nail olduq. Hədəfimiz C qrupunda birinci yerə yüksəlməkdi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Sent-Etyen"in qapıçısı Cesi Mulin deyib.

Təcrübəli qolkiper Avropa Liqasının III turu çərçivəsində "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib: "Qarşılaşma zamanı biz çox yaxşı oynadıq. "Qəbələ" çox yaxşı təşkil olunmuş komandadı. Onların qapısına 25 metr qaldıqdan sonra bizim üçün irəliləmək çətin olurdu. Müdafiəni yaddan çıxarmayıb, daha çox orta və ön xəttə mübarizə apardıq. Qələbəmizdə rəqibin öz qapısına qol vurmasının da rolu oldu. 3 xalı bayram edə bilərik. Çünki bunun üçün çox əziyyət çəkdik".
 
Qeyd edək ki, görüşdə yeganə qolu "Qəbələ"nin üzvü Rikardinyo vurub.

Milli.Az


Tags:  Qələbəmizdə rəqibin öz qapısına qol vurmasının rolu oldu

RƏYLƏR


Top news