Naxçıvanda 31579 hektar sahədə taxıl əkilib

Naxçıvanda 31579 hektar sahədə taxıl əkilib
19:57 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+


Bakı. 21 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında bu mövsüm 31579 hektar sahədə taxıl əkilib ki, bunun da 26792 hektarı payızlıq, 4787 hektarı isə yazlıqdır.
"Report" Muxtar Respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumillikdə bu il 61 min 526 hektar sahədə əkin aparılıb. Bu da 2015-ci ilin məhsulu üçün əkilən sahədən 112 hektar çoxdur.
Taxıl zəmilərinin 26795 hektarında buğda, 4784 hektarında isə arpa əkilib. Bu il taxıl zəmilərindən 94 min 117 ton məhsul toplanıb.
2016-cı ilin məhsulu üçün muxtar respublikada 1758 hektar sahədə qarğıdalı əkini aparılıb, bu da bir il əvvəlki göstəricidən 676 hektar çoxdur. Oktyabrın 1-nə 1372 hektar qarğıdalı zəmilərindən 10451 ton məhsul yığılıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Hazırda məhsul yığımı davam edir. 


Xəbərin orijinal ünvanı: http://report.az/ask/naxcivanda-31579-hektar-sahede-taxil-ekilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR