Göyçayda avtomobil atı vurub, xəsarət alan var

Göyçayda avtomobil atı vurub, xəsarət alan var
20:02 21 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay. 21 oktyabr. REPORT.AZ/ Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 
"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, qəza Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 193-cü kilometrliyində rayonun Qara Məryəm kəndindən keçən ərazisində qeydə alınıb. 
Belə ki, Göyçay istiqamətində hərəkətdə olan Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Akşin Məcnun oğlu Ağayevin idarə etdiyi "Toyota" markalı minik avtomobili qəfildən yola çıxan atı vurub.
Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Göyçay Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.






Xəbərin orijinal ünvanı: http://report.az/hadise/goycayda-avtomobil-ati-vurub-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR