Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sel Ağsuda çayın bəndini uçurdu - VİDEO - FOTO

Sel Ağsuda çayın bəndini uçurdu - VİDEO - FOTO

Date: 21 October 2016 20:05

Aramsız yağan yağışlar Ağsu çayında sel yaradıb.

ARB Aran xəbər verir ki, sel çayın Ağsu rayonu ərazisindən keçən hissəsindəki sahil mühafizə bəndlərini uçuraraq yararsız hala salıb. Su rayonun Maşadqanlı və Ağalarbəyli kəndlərini birləşdirən piyada körpüsünü də dağıdıb. Sakinlər bildirirlər ki, bir kənddən o biri kəndə keçmək üçün piyada körpüsü ilə məsafə 2 kilometrdir. Amma indi onlar körpünün uçması səbəbindən 20 kilometrlik məsafə getmək məcburiyyətində qalıblar.

"Kənd sakinləri çayın bir tayından digər tayına keçmək istəsələr də, bu alınmır", - deyə kənd sakini Əfqan Qəniyev bildirib.

Çayın üzərindən keçən bir neçə rabitə dirəyi də selin gücünə dözməyərək aşıb. Kəndlərlə rabitə əlaqəsi kəsilib. Sakinlərin sözlərinə görə əgər nöbəti dəfə Ağsu çayında sel təhlükəsi yaranarsa, ətraf kəndlərin əraziləri su altında qala bilər. Ağsu rayon Ərəbşağı İnzibati Ərazi dairəsi üzrə icra nümayəndəliyindən verilən məlumata görə, sel suları azalan kimi ərazidə bərpa işlərinə başlanılacaq.

Ağsu Rayon Su Meliorasiya idarəsindən isə bildirildi ki, ərazidə lahiyələndirmə işlərini aparmaq üçün Bakıdan mütəxəssislər gələcək. Onların rəyindən sonra beton bəndlərin bərpasına start veriləcək.

Milli.Az








Tags:  Sel Ağsuda çayın bəndini uçurdu VİDEO FOTO

RƏYLƏR


Top news