Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Koreyada “Dünya Ərzaq Ekspo 2016” sərgisi açılacaq

Koreyada “Dünya Ərzaq Ekspo 2016” sərgisi açılacaq

Date: 21 October 2016 20:12

Bakı. 21 oktyabr. REPORT.AZ/ Koreya Beynəlxalq Sərgi Mərkəzində (KINTEX) “Dünya Ərzaq Ekspo Koreya 2016” sərgisi keçiriləcək.
Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.
Təşkil edilən sərgi bu il dekabrın 2-4-də baş tutacaq.
Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar tədbirə dəvət olunublar.
Sərgi haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Tags:  Koreyada Dünya Ərzaq Ekspo 2016 sərgisi açılacaq

RƏYLƏR


Top news