Moskva hədəf taxtasında, bəşəriyyətin “nüvə zibilliyi” qorxusu... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Moskva hədəf taxtasında, bəşəriyyətin “nüvə zibilliyi” qorxusu... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:13 21 Oktyabr 2016
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri dəyişib. Mosulda küncə sıxışdırılan İŞİD terror təşkilatı digər yerlərdə vəziyyəti gərginləşdirməyə çalışır. ABŞ Mosul əməliyyatında Türkiyənin iştirakı ilə bağlı əvvəlki mövqeyində düzəliş edib. Suriya məsələsində Qərb və Rusiya arasında gərginlik artır. Dəməşq rejimi Türkman dağında hücuma başlayıb.

Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri Pyer Andriunu Stefan Viskonti əvəzləyib.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Publika.az-a açıqlamasında ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədrinin yenisi ilə əvəz olunmasına münasibət bildirib. Onun sözlərinə görə, yeni həmsədr Fransanın mövqeyinə 10-15 faiz təsir edə bilər.

Sabiq nazir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranan son vəziyyəti qiymətləndirib.

Tofiq Zülfüqarov: “Yeni həmsədr Fransanın mövqeyinə 10-15 faiz təsir edə bilər”

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədrinin yenisi ilə əvəz olunmasına münasibət bildirib.

Sabah isə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərə gəlir. Bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan mediasına açıqlamasında deyib. Səfər zamanı münaqişə tərəflərinin rəhbərliyi ilə görüşlər gözlənilir.

“Məqsəd münaqişə zonasında vəziyyətin sabitləşməsi, həmçinin, Vyana və Sankt-Peterburq görüşündə əldə olunan razılaşmaların reallaşmasına məsələsini müzakirə etməkdir”, - deyə o bildirib.

Türkmanların vətənində İŞİD-lə döyüş: çoxu öldürüldü

Mosulda küncə sıxışdırılan İŞİD terror qruplaşmasının silahlıları ötən gecə Kərkükdə dövlət binalarına hücum edib.

Dövlət binalarına hücumda 16 nəfər həyatını itirib. İŞİD-in paytaxt Bağdada sızmasının qarşısını almaq üçün Kərkük ilə Bağdad arasındakı yollar bağlanılıb. Təhlükəsizlik gücləri ilə döyüşdə İŞİD silahlılarının çoxu öldürülüb. Şəhərdə fövqəladə vəziyyət elan olunub.

Türkiyəni Mosul əməliyyatından kənarda saxlamağa cəhd edən ABŞ mövqeyində redaktə edib. Ankaraya səfər edən ABŞ-ın müdafiə naziri Eşton Karter Türkiyənin Mosul əməliyyatında iştirak etməli olduğunu deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım və müdafiə naziri Fikri İşıkla görüşən amerikalı qonaq Türkiyənin güclü bir müttəfiq olaraq qalacağını bildirib. Daha əvvəl Ağ Evdən verilən açıqlamada Mosul əməliyyatında kimin iştirak edəcəyinə dair qərarın Bağdad tərəfindən verildiyi bildirilmişdi.

ABŞ-ın keçmiş dövlət katibi, Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton da Türkiyə ilə bağlı geri addım atıb.Bir həftə əvvəl YPG/PKK silahlılarına yardım vəd edən Hillari Klinton Türkiyə ilə əlaqələri pozmayacağını bəyan edib.

Klintonun xarici siyasət üzrə müşaviri Laura Rozenberqer Türkiyənin uzun müddət tələb etdiyi təhlükəsiz bölgə planının reallaşacağını deyib: “Türkiyə ilə çalışmaq Klinton üçün çox önəmlidir. Türklər NATO müttəfiqimizdir, xeyli fərqli mövzularda ABŞ-ın çox önəmli strateji tərəfdaşıdır. Klinton qətiyyətlə Ankara ilə çalışmaq niyyətindədir”.

Hələb şəhərində müxalifətə qarşı hava əməliyyatlarını dayandıran Dəməşq rejimi digər cəbhədə - Türkman dağında hücuma başlayıb.Türkiyə KİV-inin yazdığına görə, Bəşər Əsəd rejimi daha çox Yamadı, Sallur və Zeytincik kəndlərini bombardman altında saxlayır.

Qeyd edək ki, Türkman dağı Azad Suriya Ordusunun nəzarətindədir. Bölgənin əhalisinin böyük hissəsini türkmanlar təşkil edir.

Suriya məsələsində isə Qərb və Rusiya arasında gərginlik artır. Jurnalistlərə açıqlamasında Avropa Şurasının Prezidenti Donald Tusk söyləyib ki, Avropa Birliyi Rusiya və Əsəd rejiminin Hələbdəki fəaliyyətinə son qoymaq üçün bütün variantları nəzərdən keçirir. Onun sözlərinə görə, Avropa Birliyi Hələbdəki vəhşiliyin dayandırılmasını tələb edir. Qeyd edək ki, dünən Brüsseldə Avropa Birliyi liderlərinin sammiti keçirilib. Görüşdə Rusiyanın Suriyadakı fəaliyyəti müzakirə edilib.

Moskva isə Türkiyə Hərbi Hava Qüvvələrinin Suriyada PYD güclərini bombardman etməsindən narahatlığını bildirib. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Suriya öz hava məkanı üzərində tam suverenliyə sahib olduğunu deyib: “Türkiyə beynəlxalq koalisiyanın üzvüdür. Bu koalisiya İŞİD və Nüsrə Cəbhəsi ilə mübarizə üçün yaradılıb. Ümid edirəm ki, ABŞ bu koalisiyanın rəhbəri kimi elan edilən məqsəddən yayınmamaq üçün hər şeyi edəcək”.

Çexiyada Rusiya təbliğatı ilə mübarizə aparmaq üçün xüsusi qrup yaradılıb.

Çexiyanın daxili işlər naziri Milan Xovanetsin sözlərinə görə, yaradılan yeni qrup 20 nəfərdən ibarət olacaq: “Bu qrupun işçiləri ictimaiyyət arasında yayılan dezinformasiyalar üzərində çalışacaqlar. Onlar həmçinin digər məmurlara da bu təbliğatla savaş vasitələrini öyrədəcəklər. Bu şəxslər Rusiya təbliğatına qarşı sosial şəbəkələr və digər kommunikasiya vasitələri ilə mübarizə aparacaqlar”.

Putin Təhlükəsizlik Şurasını təcili topladı

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının müşavirəsini keçirib.

Dövlət başçısının mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, müşavirədə Hələb və Mosul ətrafındakı vəziyyət, həmçinin Ukrayna böhranının nizama salınması prosesi müzakirə edilib. Peskovun sözlərinə görə, bundan başqa müşavirənin iştirakçıları Mosul əməliyyatının nəticəsi olaraq terrorçuların Suriya ərazisinə mümkün axını barədə narahatlığını bildiriblər.

Mətbuat katibinin sözlərinə görə, müşavirədə Rusiyanın daxili gündəliyi, həmçinin ictimai-iqtisadi məsələlər müzakirə edilib.

Krallıq parçalanır – RƏSMİ ADDIM

Avropa Birliyinə üzvlüklə bağlı iyunun 23-də Böyük Britaniyada keçirilən referendumda birliyin tərkibində qalmaq üçün səs verən Şotlandiya krallığı parçalamaq üçün hərəkətə keçib.

Şotlandiya hökumətinin saytında Böyük Britaniyanın tərkibindən çıxış üçün yeni referendum haqqında qanun layihəsi yerləşdirilib. Sənəddə referendumun proseduru təsvir edilib və məsləhətçi xarakter daşıyır. Orada heç bir konkret tarix göstərilməyib.

Krallıq parçalanır – RƏSMİ ADDIM

Avropa Birliyinə üzvlüklə bağlı iyunun 23-də Böyük Britaniyada keçirilən referendumda birliyin tərkibində qalmaq üçün səs verən Şotlandiya krallığı parçalamaq üçün hərəkətə keçib.

Ukrayna Qərbin “nüvə zibilliyi”nə çevrilir

Ukrayna 2017-ci ildən nüvə tullantılarının istifadəsi üçün Rusiyaya 200 milyon dollar ödəməyəcək.Bu haqda Ukraynanın kömür və energetika naziri İqor Nasalik bildirib.

Nazir dəqiqləşdirib ki, Ukraynada tikiləcək anbarda ölkənin bütün atom elektrik stansiyalarındakı radioaktiv tullantılar istifadə ediləcək. Hazırda Çernobıl Atom Elektrik Stansiyasının ərazisində nüvə tullantılarının saxlanılması üçün meydança var. Amma bu meydança radioaktiv tullantıları uzun müddət qəbul edə bilməyəcək.

İyulun əvvəlində Brüsseldə keçirilən seminarda Ukraynanın radioaktiv tullantıların saxlanılması barədə planlarından narahatlıq ifadə olunub. Qeyd edilib ki, layihə nüvə təhlükəsizliyi normalarına ziddir və qəza risklərini yaradır.

Aprel ayında isə Ukrayna hökuməti və Avropa Yenidənqurma və İnkişaf Bankı radioaktiv tullantılar anbarının tikintisi üçün əlavə 40 milyon avronun ayrılması haqqında memorandum imzalayıb.

Həmin vaxt Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin təşkilatın baş katibi Pan Gi Muna göndərdiyi məktubunda bildirib ki, anbarının tikintisi Ukraynanı “nüvə zibilliyi”nə çevirə bilər.

Ukrayna Qərbin “nüvə zibilliyi”nə çevrilir

Ukrayna 2017-ci ildən nüvə tullantılarının istifadəsi üçün Rusiyaya 200 milyon dollar ödəməyəcək.

Savçenko: “Poroşenko Yanukoviçdən üzr istəsin və...”

Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko ölkə prezidenti Pyotr Poroşenkoya öz kreslosunu keçmiş prezident Viktor Yanukoviçə güzəştə getməyi təklif edib.

Deputat “Normandiya dördlüyü”nün (Rusiya, Ukrayna, Almaniya və Fransa) liderlərinin Berlində keçirilən görüşündən narazılığını bildirib və Ukrayna diplomatiyasını sərt tənqid edib.

Savçenko bildirib ki, bu danışıqlardan sonra Pyotr Poroşenko sadəcə Viktor Yanukoviçdən üzr istəməli və ölkə prezidenti postunu yenidən tutması üçün onu Ukraynaya dəvət etməlidir. O, qeyd edib ki, hazırda Ukrayna diplomatiyası əvvəlki liderin dövründəki diplomatiyadan daha zəifdir.

Ömər Dağlı

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Dolların sabaha olan MƏZƏNNƏSİ

27 Aprel 2017 17:23

Azad Rəhimov Azərbaycan Milli Antidopinq Agentliyinin ofisinin açılışında iştirak edib

27 Aprel 2017 17:22

Azərbaycanın sığorta bazarı 1% kiçilib

27 Aprel 2017 17:22

Manatın sabaha MƏZƏNNƏSİ

27 Aprel 2017 17:22

Bu axşam Bakıda bir neçə yolda cizgi xətləri rənglənəcək

27 Aprel 2017 17:22

Bakıda tələbə oğlan qəflətən öldü - FOTO

27 Aprel 2017 17:22

""Qoca qitə"nin İslam dünyasına baxışı ədalətsiz və qərəzlidir"

27 Aprel 2017 17:22

SOCAR işçilərinin uşaqları üçün Almaniyada növbəti yay düşərgəsi təşkil ediləcək

27 Aprel 2017 17:22

Veteran polislər yoxa çıxmış 7 nəfəri tapıb – TOVUZDA

27 Aprel 2017 17:19

Merlin Manronun ölü tapıldığı evi satışa çıxarıldı

27 Aprel 2017 17:19

Rza Zarrab və Ebru Gündeşə böyük ŞOK!

27 Aprel 2017 17:18

Cocuq Mərcanlıda əl qumbarası və piyada əleyhinə mina aşkar edilib

27 Aprel 2017 17:17

Ermənistanda hüquq müdafiəçiləri döyüldü - FOTO

27 Aprel 2017 17:17

"Mən vətən xaini deyiləm" yazıb özünü güllələdi

27 Aprel 2017 17:14

XİN: Ermənistanın işğal edilmiş ərazilərdə konfrans keçirməsi təxribatdır

27 Aprel 2017 17:13

Qısqanclıq məhəbbətin yol yoldaşı

27 Aprel 2017 17:13

XİN: Vətəndaşlarımız Dağlıq Qarabağda keçiriləcək tədbirə dəvət olunan şəxslərin iştirakının qarşısını almaq üçün təsirli addımlar atmalıdırlar

27 Aprel 2017 17:12

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək - TARİX AÇIQLANDI

27 Aprel 2017 17:12

Rusiya DİN-in korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi 22 il müddətinə azadlıqdan məhrum edilib

27 Aprel 2017 17:12

Rusiyaya müharibə ELANI... - Moskvanın MÜHARİBƏ SSENARİLƏR

27 Aprel 2017 17:08

Məktəb problemində yeni həll - Cəmi bircə ay və hamı razı qalır - FOTO

27 Aprel 2017 17:05

Bacısını boğaraq öldürən şəxsə HÖKM OXUNDU

27 Aprel 2017 17:05

Rusiya hərbi gəmisi Türkiyədə batdı - İSTANBULDA İNANILMAZ OLAY

27 Aprel 2017 17:04

Salyanda ağır qəza: ölən var

27 Aprel 2017 16:59

Bakının mərkəzində yeni salınan yol niyə əyridir? - VİDE

27 Aprel 2017 16:58

İri şirkətin anbarından tonlarla mənşəyi naməlum ət aşkarlandı - VİDEO - FOTO

27 Aprel 2017 16:57

Yaponiyanın baş naziri: “Putinlə sülh müqaviləsini müzakirə etmək istərdim”

27 Aprel 2017 16:57

"Polislər təhlükədə, polislər yasda..."

27 Aprel 2017 16:57

Ağcaqanadlara qarşı səkkiz öldürücü ətir

27 Aprel 2017 16:53

Deputat: "Ədalətsiz qərarların Türkiyəyə heç bir təsiri olmayacaq"

27 Aprel 2017 16:52

Rusiyada ali kino təhsili almaq arzusunda olan gənclərin NƏZƏRİNƏ

27 Aprel 2017 16:52

Daşkəsəndə mənşəyi məlum olmayan 1 ton ət aşkarlanıb

27 Aprel 2017 16:49

Dövlət Komissiyası naməlum məzar yerləri ilə bağlı məlumatlara aydınlıq gətirdi

27 Aprel 2017 16:48

"Azərbaycan ordusu Ağdamdan cəbhəni yarıb Xankəndinə girə bilərdi.."

27 Aprel 2017 16:47

Bakıda “Polisə İctimai Dəstək” qrupunun üzvünü moped vurub

27 Aprel 2017 16:47

"Beş mərtəbə" dairəsi ləğv olunaraq parka birləşdirildi

27 Aprel 2017 16:46

DİQQƏT: Görüntülərə baxdıqdan sonra bu içkidən imtina edəcəksiniz

27 Aprel 2017 16:44

Azərbaycanlılar Parisdə yürüş keçirdi

27 Aprel 2017 16:43

Bakıda "Müasir İpək Yolu" turistik paketi təqdim edilib

27 Aprel 2017 16:42

Avropa Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

27 Aprel 2017 16:42

179 şəhidimizin naməlum məzarı TAPILDI

27 Aprel 2017 16:42

İslam Oyunlarında Azərbaycan polisi də yarışacaq

27 Aprel 2017 16:39

Ərdoğan AKP-nin rəhbəri olacaq

27 Aprel 2017 16:38

Qara dənizdə Rusiyanın hərbi gəmisi batıb

27 Aprel 2017 16:37

Türkiyənin beynəlxalq ehtiyatları sürətlə əriyir

27 Aprel 2017 16:37

“Apple” mobil qurğularda yeni tip birləşdiricidən istifadə edəcək

27 Aprel 2017 16:35

“Samsung FaceSense” virtual reallıqla ünsiyyəti sadələşdirəcək

27 Aprel 2017 16:35

Smartfonu 5 dəqiqəyə enerji ilə dolduran qurğu təqdim olunub

27 Aprel 2017 16:35

Tabutdakı generalın kimliyi məlum oldu - FOTOLAR

27 Aprel 2017 16:33

Özündən ​28 yaş kiçik xanımla evlənən 60 yaşlı polkovnikin toyundan

27 Aprel 2017 16:33