Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Parlamentdən "pivə güzəşti": belə işləmək artıq səmərəli deyil

Parlamentdən "pivə güzəşti": belə işləmək artıq səmərəli deyil

Date: 21 October 2016 20:17

Ötən həftə parlamentin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, məcəllənin 450.2 maddəsinə "pivə" sözü də əlavə olunub. Mövcud maddəyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması yüz manat məbləğində cərimə edilir.

Dəyişikliyə əsasən isə, "tutun" sözündən əvvəl, "pivə" sözü də əlavə olunub. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli.Az sputnik.az-a istinadən bildirir ki, iqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, pivə mövsümü keçdiyi üçün, onun satışı kəskin aşağı düşüb: "Spirtli içkilərin, tütün məmulatlarının və s. nağd şəklində satılması qadağan olunmuşdu. Bu, əvvəl qərar şəklində deyildi, daha çox göstəriş xarakterli idi, Vergilər Nazirliyi tərəfindən. Bir sıra pərakəndə ticarət obyektləri (supermarketlər istisna olmaqla) nağdsız satış həyata keçirmir. Demək olar ki, hamısı nağd şəkildə satış həyata keçirir. Nağdsız söhbətinə görə bir sıra ticarət obyektləri həmin məhsulları satmaqdan imtina edib. Bu da problem yaradırdı". "Hətta Azərbaycanda pivə istehsal edən şirkət açıqlama vermişdi ki, "biz fəaliyyətimizi dayandıracağıq". Çünki, belə işləmək artıq səmərəli deyil. Görünür, yerli istehsalı dəstəkləmək üçün bu addımı atmağa məcbur olublar", - ekspert bildirib.

S. Əliyev, hər bir halda əvvəldən bu məhsulların nağd şəkildə satışına qadağa qoyulmasının əleyhinə olduğunu qeyd edibb: "Düşünürəm ki, bu, düzgün yol deyil. Qeyri-nağd alqı-satqı Azərbaycanda inkişaf etsin və bunun üçün atılan addımların təşəbbüsünü dəstəkləyirəm. Amma məhdudiyyətlər bu formada olmalı deyil. Burada daha çox maarifləndirmə və yaxud da stimullaşdırma tədbirləri aparılmalıdır. Təcrübə göstərir ki, 4-5 ildir post-terminal dükanlara paylanılıb. Amma dükanlar ondan istifadə etmir. Müxtəlif bəhanələrlə yenə nağd ödənişlər edirlər".

Spirtli içkilərin satışı ilə bağlı qadağa aradan qalxdı "Stimullaşdırıcı addım vergi güzəştidir. Biz sahibkara nağd satış ilə nağdsız satış arasında vergi fərqi qoymalıyıq. Yəni, bu gün ticarət obyektlərində sadələşdirilmiş vergi 6 faizdirsə, heç olmazsa, nağdsız ödənişlər üzrə vergini 4 faiz etməliyik. Ki, sahibkarlar bundan stimullaşdırıcı olaraq istifadə etsinlər. O baxımdan qadağa düzgün addım deyildi", - iqtisadçı vurğulayıb. Onun qənaətində, görünür, bu qadağa ona gətirib çıxardıb ki, bir çox ticarət obyektləri məhsulları satmaqdan imtina edib: "Bu da yerli istehsala mənfi təsir göstərir. Bu baxımdan bu addımı yerli istehsalın qarşısına qoyulmuş bir maneənin aradan qaldırılması kimi dəyərləndirərdim".

Milli.Az


Tags:  Parlamentdən pivə güzəşti belə işləmək səmərəli deyil

RƏYLƏR


Top news