Bu gün artıq həftənin son iş günüdür. Hər kəs həftəsonu ilə bağlı planlarını qurur. Bəs həftə sonunu daha səmərəli keçirmək üçün hara getmək olar? Milli.Az fins.az-a istinadən həftə sonları istirahət yerlərinin bir neçəsini təqdim edir.
Həftəsonu şəhərdən kənarda keçirmək istəyənlər üçün "Online" travel Qəbələyə tur təklif edir. İlk qarı görmək istəyənlər bu fürsəti qaçırmasınlar.
Qəbələ-Tufandağ 23 manat
Qəbələ turu həftənin bazar günü təşkil olunacaq. Tur 23 oktyabrda saat 06:30-da "28 May" metrosunun qarşısından başlayacaq. Turun qiyməti 23 manatdır. Ancaq 5 yaşa qədər olan uşaqlar üçün gediş pulsuzdur. Qrup halında səyahət etmək istəsəniz o zaman hər 11- ci adam pulsuz gedəcək.
Gəziləcək yerlər Qəbələ-Tufandağ, Qobulənd və Nohurgöldür. 23 manata nəqliyyat fotosessiya, səhər yeməyi və çay süfrəsi daxildir. 10 manat ödəməklə günorta yeməyi də əldə edə bilərsiz.
Havalar soyuduğuna görə uzaq yola çıxmaq istəməyənlər isə həftə sonu paytaxda yerləşən mədəniyyət ocaqlarında maraqlı tamaşalara baxa bilərlər. Həmçinin, uşaqlarınızı da özünüzlə götürə bilərsiz.
Dövlət Kukla Teatrı- 3 manat
22 oktyabrda Abdulla Şaiq Adına Dövlət Kukla Teatrında uşaqlar üçün "Cırtdanın nağılı" nümayiş olunacaq. Tamaşa saat 12:00 da başlayacaq. Biletlərin qiyməti 3 manatdır. 12 seansına çata bilməyənlər heç heyfsilənməsin. Eyni tamaşa həmin gün saat 14-də də olacaq. Bazar günü isə saat 12-də və 14-də "Göyçək Fatmanın" nağılı tamaşası nümayiş olunacaq.
Gənc tamaşaçılar teatrı - 5 manat
Teatrda şənbə günü saat 12-də uşaqlar üçün "Çirkin ördək balası" tamaşası nümayiş olunacaq. Axşam saat 19-da isə böyüklər üçün "Mehmanxana sahibəsi" tamaşası nümayiş olunacaq. 23 oktyabr saat 12-də uşaqlar üçün "Əlibaba və qırx quldur" nümayiş olunacaq. Axşam saat 19-da isə Şekspirin "3-cü Riçard tamaşası" nümayiş olunacaq. Biletlərin qiymətləri isə həm böyüklər həm də balacalar üçün 5 manatdır.
Musiqili Komediya teatrı - 6 manat
Musiqi Komediya teatrında şənbə günü saat 2-də uşaqlar üçün "Meşə çaqqalsız olmaz" tamaşası nümayiş olunacaq. Həmin gün axşam 7-də isə "Amerikalı kürəkən" tamaşası oynanılacaq. Biletlətlərin qiyməti 6 manatdır.
Opera və Balet teatrı - 13-16 manat
Balet həvəskarlı üçün şənbə günü axşam 7-də Pyotr Çaykovskinin "Qu gölü" baleti nümayiş olunacaq. Biletlərin qiyməti yerlərdən asılı olaraq 13-16 manat arasında dəyişir.
Cazz festival 20 - 60 manat
Cazz sevərlər üçün isə bu həftəsonu əsl bayram olacaq. Belə ki, paytaxtda 22 oktyabrda "Jazz festivalı" başlayır. 22 oktyabrda Muğam Mərkəzində saat 19-da Braziliyalı cazmen Gabriel Grossi Trio çıxış edəcək.
Oktyabrın 23-də isə ART Club İçəri şəhərdə Gürcüstanlı jazz ifaçısı İrakli Koiava çıxış edəcək. Onun çıxışı saat 17:00 planlaşdırılıb
Həmçinin 23 oktyabrda saat 19-da İspaniyalı ifaçı Antonio Lizana çıxış edəcək. Tədbir Muğam Mərkəzində baş tutacaq.
Oktyabrın 23-ü saat 20-də Rotun Jazz Clubda İsveçli cazmen Plunge çıxış edəcək. Həmin gün saat 22-də isə fransalı Pierre de Tregomain Quartetin caz konserti olacaq.
Həftə sonu təmtəraqdan uzaq olub sərbəst şəkildə istirahət etmək istəyənlər üçün isə COOK ZONE restoranı müştərilərinə sərfəli kampaniyasını təqdim edir.
"COOK ZONE" - 30 manat
Restoran həftənin cümə və şənbə günləri müştərilərinə güzəşt təklif edir. 30 manat ödəməklə əsl Alman pivəsi olan Redergerin dadına baxa bilərsiz. Cəmi 30 manat ödəməklə limitsiz pivə qəbul edə bilərsiz. Restoranda həmçinin, limitsiz Xırdalan pivəsi də müştərilərə təklif olunur. Göstərilən qiymətə pivə ilə yanaşı Alman sosisləri, noxud, sacaqlı pendir, krevetka, qızardılmış kartof daxildir. Həftə içi hər gün 12:00-dan səhər 5 kimi çalışan restoranda gün ərzində canlı musiqi səsləndirilir.
Milli.Az