Gələn il qlobal informasiya texnologiyaları bazarında artım qeydə alınacaq

Gələn il qlobal informasiya texnologiyaları bazarında artım qeydə alınacaq
20:22 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ “Gartner” analitik şirkətinin proqnozuna əsasən, builki tənəzzüldən sonra 2017-ci ildə qlobal İT bazarında artım qeydə alınacaq.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, analitiklərin fikrincə, 2017-ci ildə informasiya texnologiyalarına (İT) sərf ediləcək qlobal xərclərin həcmi 3,49 trilyon dollara yaxınlaşacaq ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə təqribən 3% daha çoxdur. Bu ilin nəticələrinə görə, İT sahəsinə sərf ediləcək xərclərin həcmi 3,39 trilyon dollar təşkil edəcək. Bu da ötən illə müqayisədə 0,3% aşağı göstəricidir.
Ekspertlər düşünürlər ki, İT sahəsində göstəricilərin aşağı düşməsinə səbəb Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyündən çıxmasıdır. Tədqiqatçılar proqram təminatı bazarını qlobal İT sahəsinin ən sürətli inkişaf edən seqmenti adlandırıblar. Bu il sözügedən seqmentin satışında 6%, 2017-ci ildə isə 7,2% artım qeydə alınacaq. Eyni zamanda analitiklər İT xidmətlər bazarında 2016-2017-ci illərdə 3,9% və 4,8%-lik artım proqnozlaşdırırlar.
Ən pis vəziyyət isə kompüter avadanlığı (fərdi kompüter, noutbuk, planşet, mobil telefon və printerlər) bazarında qeydə alınacaq. Belə ki, 2016-cı ildə bu sahədə satış həcmi 7,5% azalaraq, 597 milyard dollar təşkil edəcək. Gələn il isə bu sahədə cəmi 0,4% artım gözlənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/gelen-il-qlobal-informasiya-texnologiyalari-bazarinda-artim-qeyde-alinacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR