Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

SOCAR əhaliyə verilən qazın miqdarını artırıb

SOCAR əhaliyə verilən qazın miqdarını artırıb

Date: 21 October 2016 20:33

Son günlər havaların soyuması ilə əlaqədar əhaliyə verilən qazın miqdarı artıb.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri vitse-prezidenti Rəhman Qurbanov bildirib.

R.Qurbanov qeyd edib ki, hazırda yeraltı qaz anbarlarına vurulan qazın həcmi azaldılıb və bu həcm əhaliyə verilir.

Şirkətin vitse-prezidenti hazırda gündəlik ölkə üzrə əhaliyə 16-17 mln. kubmetr qaz verildiyini bildirib:

“Baxmayaraq ki, ölkədə qış rejiminə keçid noyabrın 15-də olmalıdır, “Azəriqaz”ın sistemi qış rejiminə keçmək üzrədir”.

O, ölkədə istehsal olunan qazdan əmtəəlik qaza düşən hissənin azaldılmasının səbəbindən danışaraq qeyd edib ki, bu, həm AÇG-də laylara vurulan qazın həcminin artması, həm də qışa hazırlq məqsədilə yeraltı qaz anbarlarına qaz vurulması ilə əlaqədardır:

“Ona görə əmtəəlik qaz azalıb”.

Onun sözlərinə görə, hələ yeraltı qaz anbarlarına qazın vurulması mövsümü başa çatmayıb.(Report)


Tags:  SOCAR əhaliyə verilən qazın miqdarını artırıb


RƏYLƏR


Top news