İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibləri müəyyənləşib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibləri müəyyənləşib
20:52 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
“Report”a qurumdan verilən məlumata görə, iclasda bu il iyulun 1-də elan edilən növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsində müsbət rəy almış layihələrlə bağlı yekun qərar verilib.
Elektron xidmətlərin inkişafı, infrastrukturun təkmilləşdirilməsi, innovativ həllər üzrə layihələrin qəbul edildiyi bu qrant müsabiqəsinə ümumilikdə 121 layihə təqdim olunub.
Bu layihələrdən 112-si ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim olunub. Kompleks ekspertizaya təqdim olunan 112 layihədən isə 61-i müsbət rəy alıb.
Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 61 layihədən sonda 29 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edib.

Beləliklə, qrant müsabiqəsinin qalibləri və ayrılan qrant məbləğlərini təqdim edirik.

Fondun Müşahidə Şurasının qərarı ilə 29 layihəyə ümumilikdə 395 000 AZN qrant vəsaiti ayrılıb.

Layihənin adı Məbləğ 1 Science Publishing Support 14 000 2 VRoom 15 000 3 tagWishes 14 000 4 MISGAR.AZ 15 000 5 WeCare 16 000 6 Shopster 12 000 7 İntelektual Multi bələdiçi 15 000 8 “E-cəmiyyətə sən də qoşul” 15 000 9 Öyrən, Tətbiq et, Qazan 15 000 10 “Media-info” 18 000 11 Profitable Trader 12 000 12 TechSOS 14 000 13 Wand 12 000 14 Hüquq.Online 14 000 15 Rəqəmsal ekspertiza laboratoriyasının qurulması 15 000 16 Azerbaijan Travel Guide 14 000 17 Comfortab 10 000 18 MyStyle 10 000 19 Startup.az 15 000

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/i-nformasiya-texnologiyalarinin-i-nkisafi-dovlet-fondunun-qrant-musabiqesinin-qalibleri-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR