Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda kişilərin getmək istəmədiyi yerə 3 gənc qız göndərdilər

Azərbaycanda kişilərin getmək istəmədiyi yerə 3 gənc qız göndərdilər

Date: 21 October 2016 20:58

Qubanın Xınalıq kəndi ən ucqar bölgələrdən olduğundan universiteti başa vuran gəncər, xüsusilə oğlanlar orada müəllim kimi çalışmaq istəmirlər.

Publika.az xəbər verir ki, Xınalıq kənd orta məktəbinin direktoru Ənvər Hacıməmmədov Modern.az-a açıqlamasında kənddə işləməyə gələn müəllimələrin sayını açıqlayıb.

"Hal-hazırda Xınalıq kəndində 3 gənc müəllim çalışır. Biri Bakının Qobu qəsəbəsindən, biri Qubanın Alekseyevka kəndindən, digəri isə Oğuz rayonundan Xınalığa dərs keçməyə gəlib.

Bakının Qobu qəsəbəsindən gələn müəllim ibtidai sinifdə dərs deyir, Qubadan olan müəllim riyaziyyat fənnini, Oğuzdan olan müəllim isə fizika fənnini tədris edir”.

Məktəb direktorunun sözlərinə görə, hər 3 xanım işlərini çox sevir.

"Gənc müəllimlər burada hər cür şəraitlə təmin olunub. Onlar Xınalıqda minimim 3 il müddətində dərs deyəcəklər. Çalışarıq ki, 3 ildən sonra da burada qalıb müəllim kimi fəaliyyət göstərsinlər”.


Tags:  Azərbaycanda kişilərin getmək istəmədiyi yerə gənc qız göndərdilər

RƏYLƏR


Top news