Bakı. 21 oktyabr. REPORT.AZ/ Hindistanda toxuculuq sənayesi məhsullarının sərgisi keçiriləcək.
Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.
Bildirilib ki, Dehli şəhərində baş tutacaq sərgi gələn il fevralın 21-24-də keçiriləcək. Toxuculuq sənayesi məhsullarının sərgisində iştirak etməkdə maraqlı olan azərbaycanlı sahibkarlar tədbirə dəvət olunublar.
Sərgi haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.