Filmlərimiz Türkiyənin beynəlxalq film festivalında

Filmlərimiz Türkiyənin beynəlxalq film festivalında
21:16 21 Oktyabr 2016
34 Şou
Ölkə mətbuatı
A- A+

İlqar Safatın “İçəri şəhər” və Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmləri Türkiyədə 5-ci Van gölü Beynəlxalq Film Festivalına dəvət alıb.

Axşam.az xəbər verir ki, festival oktyabrın 28-dən noyabrın 1-dək Van şəhərində keçiriləcək.

“İçəri şəhər” filminin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rollara Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri çəkiliblər.

“Qırmızı bağ” filminin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (WeiT Media).

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırıblar.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59696

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR