Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Yuventus” azarkeşlərinə iki şad, bir bəd xəbər

“Yuventus” azarkeşlərinə iki şad, bir bəd xəbər

Date: 21 October 2016 21:29

“Yuventus”a zədəli oyunçularından şad xəbər gəlib. Apasport.az saytının məlumatına görə, şənbə günü “Milan”la qarşılaşacaq Turin təmsilçisinin iki futbolçusu matçın iştirak ərizəsinə daxil edilib.

 

Bunlar xorvatiyalı Mario Mancukiç və italiyalı Klaudio Markiziodur.

 

Ancaq bununla belə, “qoca sinyora” “rassionerilər” önünə itki ilə çıxacaq. Belə ki, ötən turun “Udineze” ilə oyununda da çıxış etmyən Corco Kyellini bu qarşılaşmanı da buraxacaq.

 

Qeyd edək ki, İtaliya A seriyasının IX turunda baş tutacaq “Milan” – “Yuventus” matçı saat 22:45-də start götürəcək.


Tags:  Yuventus azarkeşlərinə iki şad bəd xəbər


RƏYLƏR


Top news