Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yadplanetlilərlə görüşən alimdən şok açıqlamalar (FOTO)

Yadplanetlilərlə görüşən alimdən şok açıqlamalar (FOTO)

Date: 21 October 2016 21:48

ABŞ-da məxfi kosmik layihələrin əsas mərkəzi olan və bütün dünyada sirr məkanı kimi tanınan “51-ci zona”-da çalışan alim, mühəndis Boyl Buşman ölüm yatağında ikən bəzi şok sirlərin üstünü açıb. Qeyd edək ki, “51-ci zona”da çalışan əməkdaşların, alimlərin cüzi də olsa, nəsə açıqlamaları qadağandır və buna tam ciddi nəzarət edilir.

Lakin ölüm ayağında olan Buşman fəzalılarla bağlı məxfi qeydləri açıqlayıb. Moderator.az xarici mediaya istinadən həmin faktlardan bəzilərini təqdim edəcək:

Buşman əvvəlcə sözlərinin təsdiqi üçün yadplanetlilərin AB, hərbi bazalarında çəkilən fotoşəkillərini göstərib. O, hərbi bazada birbaşa yadplanetlilərlə işləyən şəxs olduğunu dilə gətirib. Buşmanın sözlərinə görə, bu gün də “51-ci zona”nın ayrı-ayrı hərbi bazalarında 24 saat ərzində fəzalılarla rabitədə olan şəxslər var. Qoca Buşman etiraflarında üzərində araşdırmalar apardığı fəzalıları iki qrupa ayırıb: “Onlar iki qrupa bölünürlər. Bir qrup UFO, elə bil mal-qara fermasının ayıq-sayıq çobanlarıdı. Digər qrup isə, sanki həmin mal-qaranı oğurlamağa hazır olan varlıqlardı. Barmaqları uzun və pərdəli olur. Quintumnia planetindən gəlirlər”.

Buşmanın ən şokedici etirafı isə bu günə qədər insanlıqdan gizli saxlanılan xüsusi kosmik gəminin olmasıdır. Bu kosmik gəmi ilə bütün ulduzlararası məsafələri qət etmək mümkündür. Qoca alim həmin avadanlığı bəşəriyyətin ən möcüzəvi kəşfi adlandırıb.


Tags:  Yadplanetlilərlə görüşən alimdən şok açıqlamalar FOTO

RƏYLƏR


Top news