Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azyaşlıları soyan şəxslərdən ŞOK AÇIQLAMA: "Dərman içmişdim, şeytan aldatdı" (VİDEO/FOTO)

Azyaşlıları soyan şəxslərdən ŞOK AÇIQLAMA: "Dərman içmişdim, şeytan aldatdı" (VİDEO/FOTO)

Date: 21 October 2016 22:08

Gəncə şəhər Kəpəz rayonu ərazisində soyğunçuluq faktı qeydə alınıb.

Publika.az ARB TV-yə istinadən xəbər verir ki, Gəncə sakinləri İlkin Orucov və Seymur Quluzadə şəhərin müxtəlif ərazilərində, həyətdə oynayan uşaqları aldadaraq, onların üzərindəki zinət əşyalarını oğurlayıblar.

Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində soyğunçuluq faktının üstü isti izlərlə açılıb. 2 dost saxlanılıb.

Narkotik vasitə istifadəçisi olan dostlar elə oğurluğu da bu səbəbdən törətdiklərini bildiriblər.

Seymur Quluzadə - saxlanılan şəxs: "Dərman içmişdim, Şeytan beynimizə saldı".

İlkin Orucov - saxlanılan şəxs: "Məni çağırırdı ki, gəl bloka, çıxırdı, deyirdi ki, gedək, gedirdik. Blokda tək olurdu. Əlində qızılla gəlirdi".

Hazırda polis onların digər cinayətlərdə iştirak edib-etmədiklərini araşdırır.







Tags:  Azyaşlıları soyan şəxslərdən ŞOK AÇIQLAMA Dərman içmişdim şeytan aldatdı VİDEOFOTO

RƏYLƏR


Top news