Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"O, mənim namusumu kirlədə bilər, amma..."

"O, mənim namusumu kirlədə bilər, amma..."

Date: 21 October 2016 22:32

Oteldə qalan qıza təcavüz edən resepşn işçisinin məhkəməsi keçirilib.

Milli.Az "Yaşam"a istinadla bildirir ki, təcavüzə uğrayan qadın onu bağışlasa da, məhkəmə  M.B.D.-yə 6 illik həbs cəzası verib.

Təcavüz hadisəsi avqust ayında baş verib. Atatürk universitetinin tələbəsi 21 yaşlı E.Ş. qalmaq üçün getdiyi oteldə zorlanıb. Belə ki, telefonunda enerji bitən qız resepşından yardım istəyib. O, cihazı da götürərək otağına çıxıb. Təxminən 45 dəqiqə sonra resepşn işçisi qızın qaldığı otağa gəlib. Qız onu qovsa da, o otağa girərək qızı öpüb, qucaqlayıb, zorlayıb. 

E.Ş məhkəmədə oğlanı bağışladığını bildirib. O, məhkəmədə söyləyib ki, oğlanın anası ona zəng vuraraq yalvarıb.

"Anası zəng edib mənə yalvardı. Ailəsinə bu oğlan baxır. Yazığım gəldi. O, mənim namusumu kirlədə bilər, amma gedib öz namusunu qorusun. Mən şikayətimi geri götürürəm".

Milli.Az


Tags:  mənim namusumu kirlədə bilər

RƏYLƏR


Top news