ROK: Avropa Oyunları 2020-ci il Olimpiadası üçün mükəmməl seçim mərhələsi olmalıdır

ROK: Avropa Oyunları 2020-ci il Olimpiadası üçün mükəmməl seçim mərhələsi olmalıdır
22:47 21 Oktyabr 2016
58 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ 2019-cu ilin yayında Belarusda keçiriləcək II Avropa Oyunları 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün mükəmməl seçim mərhələsi olmalıdır.
"Report" xəbər verir ki, bunu TASS-a açıqlamasında Rusiya Olimpiya Komitəsinin olimpiya idman yarışlarında iştirakın təmin edilməsi Baş İdarəsinin direktoru İqor Kazikov deyib.
"2019-cu il Avropa Oyunları yay Olimpiadası üçün mükəmməl seçmə yarışlar olmalıdır. Bakıda kifayət qədər idman növü var idi və onların təmsilçiləri Rio-de-Janeyroda çıxış etmək hüququ uğrunda yarışırdılar. Hazırda artıq anlayış var ki, 2019-cu il Oyunları yay olimpiya idman növləri üzrə Avropa çempionatı və ya 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verən seçmə reytinq turniri olmalıdır", - deyə Kazikov əlavə edib.
Bakıda keçirilən I Avropa Oyunlarında 30 idman növü üzrə medallar oynanıldı və onlardan 22-si həmin zaman 2016-cı il Olimpiadasının proqramına daxil idi.

Xəbərin orijinal ünvanı: http://report.az/avropa-oyunlari/rok-avropa-oyunlari-2020-ci-il-olimpiadasi-ucun-mukemmel-secim-merhelesi-olmalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR