TÜKÜRPƏDİCİ ANLAR: Heyvanların ölümdən xilas etdiyi insanlar - FOTO

TÜKÜRPƏDİCİ ANLAR: Heyvanların ölümdən xilas etdiyi insanlar - FOTO
23:05 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl Sumqayıtda 5-ci mərtəbədən yıxılan azyaşlının həyatının həkimlərdən biri tərəfindən xilas edilməsi hamının böyük marağına səbəb oldu. Demək olar hər kəs tibb işçisinin bu fədakarlığını alqışladı. Təbii ki, bu, alqışlanası, təqdir ediləsi addım idi. Bəlkə də daha çox alqışlanası hal insanların həyatının heyvanlar tərəfindən xilas edilməsidir. Özü də bunun bəzi hallarda yırtıcılar tərəfindən olunduğunu eşitdikdə heyrətini gizlədə bilmirsən.

Milli.Az publika.az-a istinadən heyvanların xilas etdiyi insanlarla bağlı faktları təqdim edir.

Yırtıcı aslanların 4 oğru tərəfindən oğurlanmış məktəbli qızın həyatını xilas etmələri Efiopiyada baş verib. Belə ki, cinayətkarlar məktəbdən evə gələn 12 yaşlı qızı oğurlayıblar. Bundan bir neçə həftə sonra oğruların gizləndiyi yerə 3 şir hücum edir. Onlar qızı qoyub qaçırlar. Yırtıcılar isə məktəbliyə toxunmur. Bununla da məktəbli xilas edilir.
Mütəxəssislər hesab edir ki, aslanlar ağlayan qızın səsini miyovuldayan şir balasına bənzətdiklərindən ona toxunmayıblar.

Ürəktutması olan Co Enn Altsman 1998-ci ildə Pensilvaniyada (ABŞ) dincələrkən gözlənilmədən huşunu itirir. Onun Lulu ləqəbli yekəqarın donuzu sahibinin həyatının təhlükədə olduğunu hiss edir. Heyvan həyətdən küçəyə çıxaraq yolda uzanır. Lulunun bu hərəkəti bir nəfərin diqqətini cəlb edir və o heyvanın dalınca evə gəldikdə Co Enn Altsmanın hərəkətsiz uzandığını görən kimi təcili yardıma zəng vurur. Bununla da Altsmanın həyatı xilas olunur.

Naməlum şəxs Oksfordda (Ohayo ştatı) şənlik məclisindən evə qayıdan gənc qadına gözlənilmədən hücum edir. O, qadını yaxınlıqdakı evlərdən birinə dartır, çantanın qayışıyla boğmağa çalışır. Elə bu an yaxınlıqdakı kolda olan maral oğrunu qorxudur. Cinayətkar qaçmağa başlayır. Şok vəziyyətdə olan qadın yenidən şənlik məclisinə qayıdır və polisə zəng vurur.

Kembricdə (Britaniya) yaşayan Saymon Stiqel hələ uşaq yaşlarından diabetdən əziyyət çəkir. Bir dəfə televizor qarşısında əyləşən Saymon gözlənilmədən komaya düşür. Bu zaman onun ev dovşanı Dori sahibinin səhhətinin pisləşdiyini hiss edir. Heyvan sahibinin sinəsinin üstünə çıxaraq atılıb düşməyə başlayır. Saymonun həyat yoldaşı Viktoriya heyvanın qeyri-adi hərəkətindən təəccüblənərək onlara yaxınlaşdıqda hər şey qadına aydın olur. Dərhal evə həkimlər çağırılır.

Azyaşlını təngnəfəslikdən xilas etmiş Uilli ləqəbli tutuquşu bu hərəkətinə görə Qırmızı Xaçla mükafatlandırılıb. Evdə səhər yeməyi yeyən Xananın boğulduğunu hamıdan birinci tutuquşu görür və dərhal qanadlarını həyəcanla bir-birinə vurmağa başlayır. Tutuquşunun qışqırıqları onun sahibəsini və dayəni təşvişə salır. Onlar dərhal azyaşlını xilas etməyə atılırlar.

Ontarioda yaşayan Rial Quindon bədbəxt hadisə nəticəsində öz valideynlərini itirdiyindən açıq səma altında gecələməyə məcbur idi. Valideynlərini itirmiş uşaq gecə yerə uzanıb yatır. Bir az keçmiş hiss edir ki, ona xəzlə örtülmüş ilıq bədən sıxıldı. Rial elə hesab etdi ki, bu itdir. Lakin o, səhərə oyandıqda, yanında üç qunduzun olduğunu gördü. Əgər onlar gecə Riala sığınmasaydılar ehtimal ki, uşaq donub ölərdi.

Bu hadisə isə Çikaqonun (ABŞ) Brukfild heyvanat parkında baş verib. Zooparka gələn ziyarətçilərdən birinin uşağı gözlənilmədən qəfəsin içinə düşür. İçəridəki Binti Jua adlı qorilla isə uşağı boynuna alaraq digər heyvanlardan qoruyur və onu qəfəsin çıxışına gətirərək nəzarətçilərə təhvil verir.

2002-ci ildə Avstraliya fermeri Noel Osborn fermada gündəlik işini yerinə yetirərkən təsadüfən çuxura düşür və boyun sümüyünü sındırır. O, son dərəcə çətin vəziyyətə düşür. Fermer çox uzaqda olduğundan köməyə heç kimi çağıra bilmir. Onun Mendi adlı keçisi beş gün ərzində yağışlı, soyuq gecələrdə sahibini qızdıraraq onun yanında qalır. Amma təəccüblü təkcə bu deyil. Məsələ burasındadır ki, Mendi sahibinin onu sağmasına icazə verərək bununla da Noeli onun həyatı üçün lazım olan qidayla təmin edir.

2000-ci ildə 16 yaşlı Kevin Xayns depressiyadan əziyyət çəkdiyindən San Fransiskodakı (Kaliforniya) "Qızıl qapılar" körpüsündən özünü ataraq intihar etmək qərarına gəlir. Lakin xoşbəxtlikdən o, sağ qalır. Əgər dəniz şiri olmasaydı, o, çoxdan boğulmuşdu. Hazırda hüquq müdafiəçisi işləyən Hayns deyir ki, su heyvanları olmasaydı, çoxdan ölmüşdü.

Milli.Az










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Nazirlikdən qəbul ballarının diferensiallaşmasına MÜNASİBƏT

21 İyul 2017 16:32

"Kəpəz"in daha iki rəqibi müəyyənləşdi

21 İyul 2017 16:32

Dövlət Fitosanitar Nəzarəti Xidməti əhalini xəbərdar edib

21 İyul 2017 16:32

Cocuq Mərcanlı kəndi telefon və internetlə təmin olundu

21 İyul 2017 16:31

Azərbaycanlı teleaparıcı ata oldu

21 İyul 2017 16:27

Dövlət Xidmətindən çəyirtkələrlə bağlı

21 İyul 2017 16:26

Güzəştli mənzil almaq istəyən vətəndaşlara kredit verəcək bank bəlli oldu

21 İyul 2017 16:22

Unibankda internet bankinq Asan oldu!

21 İyul 2017 16:22

"Bank VTB (Azerbaijan)" ilk yarımilliyi mənfəətlə başa vurub

21 İyul 2017 16:22

"Bəzi ixtisasları üzrə qəbul planı tam dolmur" - Təhsil Nazirliyi

21 İyul 2017 16:19

Özünü və qızını öldürmək istəyən Aysel Əlizadədən KÖVRƏK SÖZLƏR: "Sadəcə..."

21 İyul 2017 16:18

DİM-in "Çağrı" mərkəzi fəaliyyətə başladı

21 İyul 2017 16:17

Dövlət qulluğunda iş axtaranların nəzərinə - Müsahibə var

21 İyul 2017 16:14

Elmar Məmmədyarov Macarıstana gedir

21 İyul 2017 16:13

Ayselin Yunanıstan macəraları - FOTOlar

21 İyul 2017 16:12

Bakıda turist qəzaya düşdü: kəllə sümüyü sındı

21 İyul 2017 16:09

Rəsmi nikah, yoxsa vətəndaş evliliyi? - Azərbaycanda dəyişən ailə modeli

21 İyul 2017 16:08

Elmar Məmmədyarovun Macarıstana rəsmi səfərinin proqramı açıqlanıb

21 İyul 2017 16:07

AİF 25 mln. manatlıq istiqraz yerləşdirib

21 İyul 2017 16:07

Binəli Yıldırım: "20-dən artıq Türkiyə vətəndaşı xəsarət alıb"

21 İyul 2017 16:05

Elmar Məmmədyarov Macarıstana gedəcək

21 İyul 2017 16:05

"Sumqayıt" ərəbləri darmadağın edib

21 İyul 2017 16:05

Dövlət idarələrində işləmək istəyənlərə

21 İyul 2017 16:04

Sahiblərini "udan" sirli MALİKANƏ: heç kəs ora girməyə cəsarət etmir - MÖHTƏŞƏM FOTOLAR

21 İyul 2017 16:03

Bakıda hotelin qarşısında atışma

21 İyul 2017 16:00

Tanınmış aparıcı ATV kanalından getdi

21 İyul 2017 15:58

Macarıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

21 İyul 2017 15:57

Dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib

21 İyul 2017 15:57

Məşhur müğənni dəfn edildi - FOTO

21 İyul 2017 15:53

Ən cazibədar hava proqramı aparıcısı Baham adalarında heyran etdi - FOTO

21 İyul 2017 15:52

Yayın yarısında turizm qiymətləri - REPORTAJ

21 İyul 2017 15:49

""Qəbələ" mərhələ keçməyə layiq idi" - Marian Kelemen

21 İyul 2017 15:47

Azərbaycanlı yazar: "Özümü və qızımı öldürmək istəyirəm" - İntihar ANONSU - FOTO

21 İyul 2017 15:47

MTN generalların məhkəməsində yeni müəmma: "Onları tanımırıq"

21 İyul 2017 15:44

Bakıda yeni məktəb binaları tikilir

21 İyul 2017 15:44

Salvador yığmasının iki futbolçusu matç zamanı ABŞ millisinin oyunçularını dişləyiblər

21 İyul 2017 15:42

Şahzadə əyildi, uşaqlarla danışdı - VİDEO - FOTO

21 İyul 2017 15:42

Mikrorayonda ağac kəsənlərin işi Baş Prokurorluğa göndərildi

21 İyul 2017 15:38

Emma boşanma xəbəri haqda: "Onun dərdini çəkəcəm?"

21 İyul 2017 15:37

"Şerif"dən azərbaycanlılara müraciət: “Təhqiri dayandırın!”

21 İyul 2017 15:37

“LG Q8” smartfonu təqdim edilib

21 İyul 2017 15:35

Almaniyadan Türkiyə ilə bağlı

21 İyul 2017 15:35

“Qoşunları ölkədən çıxar!” - Rusiyaya qarşı QƏRAR

21 İyul 2017 15:33

Vergilər naziri Ağsuda vətəndaşları qəbul edib

21 İyul 2017 15:32

""Milan"a ciddi investisiyalar qoyulacağını əvvəldən bilirdim"

21 İyul 2017 15:32

ALQIŞLAR: Hamı bu yol polisindən danışır...

21 İyul 2017 15:30

Bülent Ersoy makiyajsız görüntüləndi - FOTOlar

21 İyul 2017 15:27

205 turist ərazidən çıxarılır: Kosda zəlzələ tarixi minarəni dağıtdı - VİDEO

21 İyul 2017 15:27

Aqil Abbas Roman Qriqorçuka məktub yazdı

21 İyul 2017 15:27

Baş toksikoloq 6 aylıq statistikanı AÇIQLADI

21 İyul 2017 15:23