Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

ABŞ və Meksika sərhədində iki ton narkotik maddə olan tunel tapılıb

ABŞ və Meksika sərhədində iki ton narkotik maddə olan tunel tapılıb

Date: 21 October 2016 23:07

Bakı. 21 oktyabr. REPORT.AZ/ ABŞ ilə Meksikanın sərhədində narkotik maddə keçirilməsi üçün istifadə olunan yeni yeraltı tunel aşkar olunub.
"Report" xəbər verir ki, bu barədə cümə günü ABŞ hökumətinə istinadən "Notimex" nəşri yazıb.
ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin məlumatına görə, tuneldə göndərilməyə hazır vəziyyətdə olan iki ton narkotik vasitə olub. Narkotik maddənin növü açıqlanmır.
Yeraltı keçid Meksikanın Tixuana şəhər aeroportu yaxınlığında, yerli federal polis qərargahından cəmi bir neçə küçə aralıda yerləşib.

Tags:  ABŞ Meksika sərhədində iki ton narkotik maddə olan tunel tapılıb

RƏYLƏR


Top news