Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Jerar Depardyenin iştirakı ilə Azərbaycan haqqında çəkilmiş film Belçikada nümayiş olunub

Jerar Depardyenin iştirakı ilə Azərbaycan haqqında çəkilmiş film Belçikada nümayiş olunub

Date: 22 October 2016 00:32

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində 2016-cı il oktyabrın 21-də Belçikanın Vaterlo şəhərində Azərbaycan gecəsi keçirilib.
Azərbaycanın Belçika Krallığındakı Səfirliyindən "Report"a verilən məlumata görə, gecədə çıxış edən səfir Fuad İsgəndərov ölkəmizin öz müstəqilliyini bərpa etdiyi vaxtdan ötən müddət ərzində keçdiyi inkişaf yolu və əldə etdiyi nailiyyətlər haqqında məlumat verib, Azərbaycan və Belçika arasındakı çoxşaxəli əməkdaşlığın mövcud olduğunu və hər iki tərəfin bunu daha da inkişaf etdirmək əzmində olduğunu bildirib.
Tədbir zamanı habelə, Vaterlo Tarixi Filmlər Festivalı çərçivəsində məşhur fransız aktyoru Jerar Depardyenin iştirakı ilə çəkilmiş və Azərbaycana həsr olunmuş “Qafqaza qayıdış, Aleksandr Dümanın izi ilə” filmi nümayiş etdirilib. Film Belçika dövlət qurumları, diplomatik korpus və KİV nümayəndələrinin də təmsil olunduğu çoxsaylı izləyicilər tərəfindən maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.
Sonda gecə iştirakçılarının şərəfinə ziyafət verilib.






Tags:  Jerar Depardyenin iştirakı Azərbaycan haqqında çəkilmiş film Belçikada nümayiş olunub


RƏYLƏR


Top news