Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Dağıstanda iki yaraqlı öldürülüb

Dağıstanda iki yaraqlı öldürülüb

ABŞ ordusu məktəbi bombaladı (22 Mart 2017 13:18)
Dağıstanda 2 uşaq evdə yanaraq ölüb (12 Mart 2017 22:37)
Dağıstanda ev yandı: 2 uşaq yanaraq öldü (12 Mart 2017 22:09)

Tarix: 22 Oktyabr 2016 01:37

Bakı. 22 oktyabr. REPORT.AZ/ Dağıstanın Qızılyurd rayonunun Stalskoe kəndində minik avtomobilindən federal təhlükəsizlik əməkdaşlarına atəş açan gizli quldur dəstəsinin iki üzvü öldürülüb.
"Report" xəbər verir ki, bu barədə bölgənin güc strukturlarına istinadən "İnterfax" məlumat yayıb.
Hadisə ötən gün axşam saatlarında baş verib. Hüquq-mühafizə orqanları əməkdaşları minik maşınını saxlamağa cəhd ediblər. Sürücü asayiş keşikçilərinin tələbinə tabe olmayıb və maşından polislərə atəş açılıb. Baş verən atışma zamanı avtomobildə olan hər iki şəxs zərərsizləşdirilib.
Yaraqlıların şəxsiyyəti müəyyənləşdirilir.

Teqlər:  Dağıstanda iki yaraqlı öldürülüb



RƏYLƏR


Top xəbərlər