AzTV-nin rejissorunu maşın vurub öldürdü

AzTV-nin rejissorunu maşın vurub öldürdü
02:04 22 Oktyabr 2016
63 Digər
Ölkə mətbuatı
A- A+

AzTV-nin xəbərlər departamentinin rejissoru Rəşad Zöhrabov faciəli şəkildə dünyasını dəyişib.

 

Bu barədə məlumatı APA-ya onun iş yoldaşları veriblər. Rejissoru oktyabrın 20-si axşam saatlarında maşın vurub. Rejissor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq, Rəşad Zöhrabovun həyatını xilas etmək mümkün olmayıb. O, oktyabrın 22-si axşam saatlarında dünyasını dəyişib.

 

Rəşad Zöhrabov tanınmış bəstəkar və musiqişünas, xalq artisti Ramiz Zöhrabovun oğludur.

 

Faciəli şəkildə dünyasını dəyişən rejissorun dörd övladı var.

 

Rəşad Zöhrabov bu gün Buzovna qəbiristanlığında da dəfn ediləcək.
 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257310

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR