Kamerunda sərnişin qatarı qəzaya uğradı: 53 ölü

Kamerunda sərnişin qatarı qəzaya uğradı: 53 ölü
03:43 22 Oktyabr 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

Kamerunda sərnişin qatarının qəzaya uğraması nəticəsində 53 nəfər ölüb, təxminən 300 nəfər xəsarət alıb.

Qatar paytaxt Yaundedən ölkənin ən böyük iqtisadi mərkəzi olan Duala şəhəri istiqamətində hərəkətdə olub.

Yolun 120-ci kilometrliyində baş verən qəza nəticəsində qatar relslərdən çıxıb. Nəticədə sərnişin vaqonlarından bir neçəsi açıb.

Yerli dəmir yolu idarəsinin rəsmiləri qatarda 1300-dək sərnişinin olduğunu bildiriblər.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173083.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR