Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyada helikopter qəzası: 21 ölü

Rusiyada helikopter qəzası: 21 ölü

Date: 22 October 2016 03:59

Rusiyada helikopterin qəzaya uğraması nəticəsində 21 nəfər ölüb, 1 nəfər sağ qalıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Yamal-Nenetsk Muxtar Dairəsinin ərazisində baş verib.

 

Mİ-8 tipli helikopterin qəzaya uğramasının səbəbləri hələlik məlum deyil.

 

“Qəzanın baş verdiyi yer aşkarlanıb. İlkin məlumata görə, 21 nəfər ölüb, 1 nəfər sağ qalıb. Vəziyyəti ağırdır. Hadisə yerinə xilasedicilər cəlb edilib. Helikopterin “qara qutusu”  axtarılır”, Rusiya FHN-dəki mənbə bildirib.


Tags:  Rusiyada helikopter qəzası 21 ölü


RƏYLƏR


Top news