Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Mi-8” helikopteri sərt eniş edib: yaralılar var

“Mi-8” helikopteri sərt eniş edib: yaralılar var

Date: 22 October 2016 04:18

Rusiyada “Mi-8” helikopteri Yamalo-Nenets muxtar dairəsində sərt eniş edib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, helikopterdə 22 sərnişin və üç ekipaj üzvü olub.

“Skol” aviaşirkətinə məxsus helikopterlə əlaqə bir müddət kəsilib. Sonradan komandir əlaqə yaradaraq bildirib ki, helikopter yanı üstə düşüb, üç nəfər yaralı var.

Hadisənin baş verdiyi yer müəyyənləşdirilir və orada mürəkkəb meteoroloji şəraitin olduğu bildirilir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin operativ qrupu Yeni Urenqoydan hadisə yerinə yola düşüb.


Tags:  Mi-8 helikopteri sərt eniş edib yaralılar var

RƏYLƏR


Top news