Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İçli toyuq kolbasaları - FOTO

İçli toyuq kolbasaları - FOTO

Date: 22 October 2016 07:05

Milli.Az içli toyuq kolbasalarının hazırlanma qaydasını təqdim edir

Tərkibi (4 pay): 

2 iri toyuq budu
3 iri yumurta
1 yerkökü
0,5 qırmızı bolqar bibəri 
100 q çedder pendiri
2 x.q. jelatin tozu
1 dəstə göyərti 

Toyuq budlarını sümük boyu yarıb sümükləri çıxarın. Əti kitab kimi açın. Duz-istiot vurun. 

Azca döyüb hər birinin üzərinə jelatin səpin. 

2 yumurtanı suda bişirib xırda doğrayın. Doğranmış bibər və sürtgəcin xırda gözündən keçirilmiş yerkökü ilə qarışdırın. 
Pendiri də sürtgəcin xırda gözündən keçirin.
Hamısını xırdalanmış göyərti və çiy yumurta ilə qarışdırın, duz-istiot, sevdiyiniz başqa ədviyyat əlavə edin. 

İçi ətin üzərinə qoyub səliqəylə rulet kimi bükün. Hər birini üç qat folqaya bükün, formaya qoyub 180 dərəcə qızdırılmış sobada təxminən 45 dəqiqə bişirin. 

Sonra soyudub soyuducuda 2 saat saxlayın. 

Dilimləyib süfrəyə verin. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 









Tags:  İçli toyuq kolbasaları FOTO

RƏYLƏR


Top news