“Samsung” ilk mobil yaddaş modulu hazırlayıb

“Samsung” ilk mobil yaddaş modulu hazırlayıb
07:42 22 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Samsung" şirkəti "LPDDR4" tipli 8 QB tutumunda ilk mobil əməli yaddaş modulunu təqdim edib. Bu yaddaş modulu aşağı enerji sərfiyyatına malikdir və məlumatları iki dəfə sürətli ötürür. Sözügedən mobil yaddaş modulu məlumatları saniyədə 4266 Mbit sürətlə ötürməyə imkan verir ki, bu da fərdi kompüterlər  üçün "DDR4 SDRAM" yaddaşla müqayisədə iki dəfə sürətlidir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Samsung" şirkətinin rəsmisi hesab edir ki, yeni yaddaş modulu mobil qurğulardan istifadə təcrübəsini xeyli yaxşılaşdıracaq.

Yeni yaddaş modulunun əsas özəllikləri aşağıdakılardır:

10 nm-lik (nanometrlik) texnoloji proses üzrə hazırlanıb;

Məlumatların saniyədə 4266 Mbit sürətlə ötürülməsi. Bu da 20 nm-lik texnoloji proses üzrə hazırlanmış analoji çiplə müqayisədə 20% yüksək göstəricidir;

Fərdi kompüterlər üçün "DDR4" tipli "DRAM" yaddaşdan iki dəfə daha sürətlidir;
Çipin ölçüsü 15x15x1 mm-dir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/481818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR