Məktəb avtobusu minik maşını ilə toqquşdu: 17 yaralı

Məktəb avtobusu minik maşını ilə toqquşdu: 17 yaralı
07:49 22 Oktyabr 2016
58 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Texas ştatında məktəb avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 17 nəfər xəsarət alıb.

 

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, avtobusda 19 nəfər olub, yaralılardan 15-i məktəblilərdir.

 

Qəza Hyustondan 150 km şimalda yerləşən Medisonvil şəhərində qeydə alınıb.

 

Məlumata görə, minik avtomobili qəflətən avtobusun yoluna çıxıb. Toqquşma nəticəsində avtobus aşıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib, onların həyatına təhlükə olmadığı bildirilir. İnsidentin səbəbləri müəyyənləşdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257320

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR