Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

AzTV-nin rejissoru həlak oldu

AzTV-nin rejissoru həlak oldu

Date: 22 October 2016 08:12

AzTV-nin xəbərlər departamentinin rejissoru Rəşad Zöhrabov faciəli şəkildə dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı onun iş yoldaşları veriblər. Rejissoru oktyabrın 20-si axşam saatlarında maşın vurub. Rejissor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq, Rəşad Zöhrabovun həyatını xilas etmək mümkün olmayıb. O, oktyabrın 22-si axşam saatlarında dünyasını dəyişib.
 
Rəşad Zöhrabov tanınmış bəstəkar və musiqişünas, xalq artisti Ramiz Zöhrabovun oğludur.
 
Faciəli şəkildə dünyasını dəyişən rejissorun dörd övladı var.
 
Rəşad Zöhrabov bu gün Buzovna qəbiristanlığında da dəfn ediləcək.

Milli.Az


Tags:  AzTV-nin rejissoru həlak oldu

RƏYLƏR


Top news