"Samsung" "Apple"i qabaqladı

"Samsung" "Apple"i qabaqladı
08:32 22 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"TrendForce" şirkətinin analitikləri smartfon bazarını ilin üçüncü rübünün nəticələrinə əsasən qiymətləndiriblər.  

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ötən rüb ərzində bütün dünya üzrə 349 milyon 778 min ədəd smartfon istehsal olunub ki, bu da əvvəlki rübün göstəricisini 10,4 faiz üstələyir.

İstehsal olunan cihazların demək olar ki yarısı, yəni 168 milyon ədəd smartfon Çin şirkətləri tərəfindən istehsal olunub. Bu halda rüblük nisbətdə artım 18 faizə çatır.

Bazarın lideri əvvəl olduğu kimi, yenə də "Samsung" şirkətidir. Şirkət ötən rüb 78 milyon ədəd cihaz istehsal edib və bazarın 22,3 faizinə sahib olub. Burada da ikinci rüblə müqayisədə 1,3 faiz artım qeydə alınıb.

"Apple" şirkətinə gəldikdə, bu şirkət 12,9 faiz pay ilə ikinci yeri tutur və onun tərəfindən 45 milyon ədəd smartfon istehsal olunub ki, bu da 5,3 faiz azalma deməkdir.

Çin nəhəngi "Huawei" şirkəti bu rüb ərzində 32 milyon ədəd cihaz istehsal edib ki, bununla da bazarda 9,1 faizlə üçüncü yeri tutur. Şirkət əvvəlki rüblə müqayisədə 10,3 faiz daha çox smartfon istehsal edib.

Sonrakı yeri "Oppo" şirkəti tutub. Bu şirkət istehsalını 20,3 faiz artıraraq bazarda 6,1 faiz paya malik olub. LG şirkəti bu rüb ərzində 20 milyon ədəd smartfon istehsalı ilə 17,6 faiz artım göstərib və bazarın 5,7 faizinə sahib olub. "Vivo" şirkəti 23 faiz artımla bazarda 5,2 faiz paya malik olub.

Bundan başqa, mənbə bildirir ki, bu rüb "Lenovo" şirkəti 20 faizlik artım, "Xiaomi" isə 7 faizlik azalma nümayiş etdirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/481823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR