Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Peru prezidentinin öz maaşının azlığından şikayət etməsi narazılığa səbəb olub

Peru prezidentinin öz maaşının azlığından şikayət etməsi narazılığa səbəb olub

Date: 22 October 2016 08:42

Bakı. 22 oktyabr. REPORT.AZ/ Peru prezidenti Pedro Pablo Kuçinski nazirlər ilə müqayisədə qazancının az olmasından şikayətlənib.
"Report" xəbər verir ki, dövlət başçısının bələdiyyə hakimiyyətlərinin nümayəndələri qarşısında etdiyi çıxışın videoyazısı "El Correo" qəzetinin saytında dərc olunub.
"Ölkə prezidenti nazirin əmək haqqının yarısını alır. Bax indi burada iki nazir iştirak edir, onlar birlikdə məndən dörd dəfə çox qazanırlar. Məgər bu ədalətlidir? Biz bunu dəyişməliyk", - deyə Kuçinski bildirib və dövlət qulluqçularına əmək haqqı verilməsi qanunvericiliyində islahatların aparılmalı olduğunu qeyd edib.
Prezidentin bu sözləri sosial şəbəkə istifadəçiləri arasında sərt tənqidlərə səbəb olub. Onların bir çoxu dövlət başçısına seçkiqabağı kampaniya zamanı onun yeganə arzusunun "Peruya xidmət etmək" olduğunu xatırladıblar.
"El Correo" qəzetinin məlumatına görə, Peru pezidentinin aylıq əmək haqqı 15,6 min soldur (4 min 588 dollar), eyni zamanda mərkəzi hökumət naziri ayına təqribən 30 min sol alır. Ölkədə minimum əmək haqqı 250 dollar səviyyəsində müəyyən edilib.

Tags:  Peru prezidentinin öz maaşının azlığından şikayət etməsi narazılığa səbəb olub


RƏYLƏR


Top news