Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Nokia” il iki smartfon istehsal edəcək

“Nokia” il iki smartfon istehsal edəcək

Metal korpuslu iki Nokia göstəriləcək (18 Mart 2017 08:12)
Metal korpuslu iki “Nokia” smartfonu təqdim ediləcək (15 Mart 2017 15:35)
Samsung Galaxy S8-in təqdimatına qədər... (07 Mart 2017 09:05)

Tarix: 22 Oktyabr 2016 09:05

Finlandiyanın "Nokia" şirkəti gələn ilin ikinci rübündə "Android" əməliyyat sistemi ilə çalışan iki smartfon istehsal etməyi planlaşdırır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Nokiapoweruser" portalı "Microsoft" korporasiyasının Asiya-Sakit Okean regionu üzrə mobil cihazlar sahəsinin direktoru Ceyms Ruterfordun bəyanatına istinadən məlumat verib.

Yeri gəlmişkən, daha öncə məlum olub ki, "Nokia" Barselona şəhərində gələn il keçiriləcək "MWC 2017" sərgisində iştirak edəcək. Bu sərgidə daha əvvəl də şirkətin bir çox yenilikləri təqdim edilib. Finlandiya şirkəti sərgidə telekommunikasiya avadanlıqlarının istehsalçısı kimi iştirak edəcək.

Bundan başqa, məlumdur ki, "Nokia" brendi ilə məhsullar yeni "HMD Global Oy" şirkəti tərəfindən istehsal olunacaq və satılacaq. Bu yaxınlarda bu şirkət əqli mülkiyyət üçün lisenziya əldə edib.

Milli.Az


Teqlər:  Nokia il iki smartfon istehsal edəcək



RƏYLƏR


Top xəbərlər