Azərbaycan Meksikada keçirilən “Qastronomiya və Sənətkarlıq Nümunələri” beynəlxalq yarmarkasında təmsil olunur

Azərbaycan Meksikada keçirilən “Qastronomiya və Sənətkarlıq Nümunələri” beynəlxalq yarmarkasında təmsil olunur
09:17 22 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Meksikanın Meksika Ştatının Atizapan de Zaragoza bələdiyyəsində (Estado de Mexico, Municipio de Atizapan de Zaragoza) “Qastronomiya və Sənətkarlıq Nümunələri” beynəlxalq yarmarkası (Festival de las artes “Luminaria”) keçirilir.
Bu barədə “Report”a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
“Bələdiyyə sarayı”nın “Nur pavilyonu” adlanan ərazisində təşkil olunmuş yarmarkanın məqsədi, Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklər tərəfindən öz ölkələrinin mədəniyyətinin təbliği və tanıtdırılması, həmçinin mədəni dəyərlərin paylaşılması Meksikada müxtəlif yerli və dünya xalqlarının mədəniyyətlərinin birgə mövcudluğu və rəngarəngliyinin dünya ictimaiyyətinə nümayiş etdirilməsidir. Dünyanın 28 ölkəsindən və Meksikanın müxtəlif ştatlarından nümayəndələrin qatıldığı bu beynəlxalq yarmarkada iştirakçı ölkələrin milli mətbəx və sənətkarlıq nümunələri nümayiş etdirilir.
Qeyd olunan yarmarka çoxşaxəli olduğu üçün ayrılmış ərazidə eyni zamanda konsert və müxtəlif əyləncə tədbriləri də keçirilir. Meksikada bundan əvvəl keçirilmiş yarmarkalar zamanı Azərbaycan mətbəxi nümunələrinin ziyarətçilər arasında xüsusi maraq doğurduğunu və bu qəbildən olan tədbirlərin tarix və kulinariya mədəniyyətimizin ölkəmizdən çox-çox uzaqlarda tanıtdırılması və təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Azərbaycanın Meksikadakı Səfirliyi də bu yarmarkada təmsil olunur. Tədbir zamanı Azərbaycan üçün ayrılmış ərazidə, əsasən ziyarətçilərə Azərbaycanın milli mətbəx nümunələri və şirniyyatı təqdim edilir, həmçinin ölkəmiz haqda məlumat verilir və broşürlar paylanılır. “Yarmarkanı ziyarətə gəlmiş şəhər sakinləri tərəfindən Azərbaycan üçün ayrılmış əraziyə böyük maraq göstərilir”, - səfirlikdən bildirilib.
İki həftə davam edəcək sərgi oktyabrın 23-də başa çatacaq.






Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/azerbaycan-meksikada-kecirilmis-qastronomiya-ve-senetkarliq-numuneleri-beynelxalq-yarmarkasinda-te

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR