İraqın Mosul şəhəri ətrafında İŞİD terror qruplaşmasının
silahlıları 284 nəfəri edam edib.
Bu barədə CNN telekanalı İraq təhlükəsizlik xidmətlərindəki mənbəyə
istinadən məlumat verib.
Məlumata əsasən, öldürülənlərin əksəriyyəti kişilərdir. Edam
edilənlər arasında uşaqlar da olub. Silahlılar insanları
güllələyərək qətlə yetirib, meyitləri buldozerlə ümumi məzara
atıblar.
CNN-in xəbərinə əsasən, məlumat hələ ki rəsmi təsdiqini
tapmayıb.
Qeyd edək ki, oktyabrın 17-də Mosulun terrorçulardan azad edilməsi
uğrunda əməliyyat başlayıb.
apa.az