SOCAR istiqrazlarının alış qiyməti artırılıb

SOCAR istiqrazlarının alış qiyməti artırılıb
09:42 22 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meyker fəaliyyətini həyata keçirən "PSG Kapital" investisiya şirkəti qiymətli kağızların təkrar bazarı üzrə alış qiymətini 1 000,45 dollardan 1 000,67 dollara qədər artırıb. Bu barədə "Report" Bakı Fond Birjasına istinadən xəbər verir.
Məlumata görə, SOCAR istiqrazlarının satış qiyməti isə dəyişməyib və yenə də 1 015,00 dollara satılır.
Xatırladaq ki, SOCAR istiqrazlarının təkrar bazarına oktyabrın 17-dən start verilib. Hazırda Şirkətin dövriyyədə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazı var. SOCAR-ın gerialma zəmanəti verdiyi istiqrazlar 2021-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/socar-istiqrazlarinin-alis-qiymeti-artirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR