Kamran Ağayev "fərqləndi", komandası səfərdə xal qazandı

Kamran Ağayev "fərqləndi", komandası səfərdə xal qazandı
09:47 22 Oktyabr 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliya Premyer Liqasında VIII tur davam edir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Kamran Ağayevin çıxış etdiyi "Boavişta" səfərdə "Maritimo" ilə qarşılaşıb.

Millimizin "çərçivə qoruyucusu" bu oyuna start heyətində başlayıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. İlk hissədə rəqibin penalti zərbəsindən vurduğu qola əngəl ola bilməyən Kamran, ikinci hissədə bir neçə epizodda komandasını real qoldan xilas edib.
 
Bununla belə qapıçımız sarı vərəqədən də qaça bilməyib. O, vaxtı uzatdığı üçün hakimin "qəzəbinə tuş gəlib".
 
Bu nəticədən sonra aktivində 9 xal olan və 10-cu pillədə qərarlaşan "damalılar"ın mövqeyi dəyişməyib.
 
Portuqaliya Premyer Liqası
VIII tur
22 oktyabr
 
"Maritimo" - "Boavişta" - 1:1
Qollar: Dieqo Souza, 28 (pen.) - Karraka, 51

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR