Azərbaycan yeyinti məhsullarının idxalını 32% artırıb

Azərbaycan yeyinti məhsullarının idxalını 32% artırıb
09:57 22 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycana yeyinti məhsullarının idxalının həcmi illik müqayisədə 31,86% artaraq 2016-cı ilin yanvar-sentyabr aylarında 949 158,78 min ABŞ dolları təşkil edib.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ət idxalı 88,2% artaraq 24 300,21 min dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar - 2,4 dəfə artaraq 38 437,38 min dollar, meyvə-tərəvəz - 2,1 dəfə artaraq 91 267,24 min dollar, çay - 2,7 dəfə artaraq 30 211,16 min dollar, süd idxalı 34,87% artaraq 5 750,53 min dollara çatıb. Bu müddətdə buğda idxalı isə 7,29% azalaraq 208 407,42 min dollar olub.
Hesabat dövründə Azərbaycanın cəmi idxalının 15,31%-i məhz yeyinti məhsullarının payına düşüb. Qeyd edək ki, cari ilin ilk 8 ayı ərzində cəmi idxalda yeyinti məhsullarının payı 14,81% təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 10,76% olub.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/azerbaycan-yeyinti-mehsullarinin-idxalini-32-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR