Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yağış avtobuslarımızı daha "DƏBLİ" etdi - FOTO

Yağış avtobuslarımızı daha "DƏBLİ" etdi - FOTO

Date: 22 October 2016 10:05

Bir neçə gün əvvəl yağan intensiv yağışlar nəticəsində Bakının bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb. Güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün hələ də nazirliyin müvafiq qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.

Milli.Az xəbər verir ki, hazırda Binəqədi rayonunun Binəqədi şosesində yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.

Yağan yağışdan sonra avtomobillərə də ciddi ziyan dəyib. Sedan tipli avtomobillərin içərisinə su dolan mühərrikləri sıradan çıxıb, sərnişin avtobuslarının da görkəmi dəyişib. Bir ara minik maşınlarını bufersiz sürmək dəb idi. İndi yağışın buferlərini sındırdığı 133 və 165 saylı "Daewoo" avtobusları da gölməçələrdən çıxmağa imkan tapan kimi elə "dəbli-dəbli" Binəqədi şossesi ilə şütüyüb "göz oxşayırlar". 

Bəxtiyar Umarlı
Milli.Az






Tags:  Yağış avtobuslarımızı DƏBLİ etdi FOTO

RƏYLƏR


Top news