Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Samsung"dan sonra indi də "iPhone" partladı - FOTO

"Samsung"dan sonra indi də "iPhone" partladı - FOTO

“iPhone 8”-in dizaynı... (21 Mart 2017 19:01)
Yeni “iPhone”nun dizaynı fərqli olacaq - FOTO (21 Mart 2017 17:42)
iPhone 6-nın istehsalı bərpa olundu (07 Mart 2017 08:05)

Tarix: 22 Oktyabr 2016 10:22

Avstraliyada idman müəllimi Mat Cons "iPhone 7" markalı telefonunun partladığını iddia edib.

Milli.Az "Milliyet"ə istinadla bildirir ki, iddialara görə, telefon maşında olarkən partlayıb. Belə ki, müəllim 1 həftəlik telefonunu maşında qoyub gedib, bir neçə saat sonra maşının yanına gələn müəllim təəccüblənib. O, maşının şüşələrinin tamamilə qaraldığını görüb. Nə baş verdiyini anlamadan maşının qapılarını açan Mat Cones "iPhone 7"sinin partladığını görüb.

Mat Cones bu barədə şikayət edib. O bildirib ki, telefonu heç vaxt əlindən yerə salmayıb. 

Məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Samsung Note 7 modelləri də tez-tez partlayır. Hətta bir çox aviaşirkətlər Samsung Note 7 ilə səyahət etməyi qadağan edib.

Bəxtiyar Umarlı
Milli.Az



Teqlər:  Samsungdan sonra indi iPhone partladı FOTO



RƏYLƏR


Top xəbərlər