Gürcüstanda 4 seçki məntəqəsində təkrar seçkilər keçirilir

Gürcüstanda 4 seçki məntəqəsində təkrar seçkilər keçirilir
10:32 22 Oktyabr 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Gürcüstanın Zuqdid və Marneuli rayonundakı 4 seçki məntəqəsində təkrar seçkilər keçirilir.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, təkrar seçkilər majoritar və proporsional sistemlər üzrə Cixaşkiri kəndinə 79 və 108 saylı məntəqələrdə, Zuqdid seçki dairəsinin Qanmuxuri kəndindəki 39 saylı məntəqədə, yalnız majoritar sistem üzrə Marneuli seçki dairəsinin Kizilacalo kəndindəki 48 saylı məntəqədə keçirilir. 
Zuqdid seçki dairəsində 2 251 seçici, Marneuli seçki dairəsində isə 1 436 seçici səs verə bilər. 
Təkrar seçkilərdə 19 partiya və 6 seçki blokundan namizədlər mübarizə aparır.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də baş tutub. Dörd məntəqədə kobud pozuntulara görə təkrar seçkilər təyin olunub. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/gurcustanda-4-secki-menteqesinde-tekrar-seckiler-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR