Ermənistan vətəndaşına görə sərnişin təyyarəsi geri qaytarıldı

Ermənistan vətəndaşına görə sərnişin təyyarəsi geri qaytarıldı
10:37 22 Oktyabr 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

Kiyevdən Minskə uçan, Ukraynanın "Belavia" aviaşirkətinə məxsus "Boeing 737-800" sərnişin təyyarəsi havaya qalxdıqdan bir müddət sonra geri dönməyə məcbur olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Kiyevin Julyanı hava limanından qalxan təyyarə 10 dəqiqəlik uçuşdan sonra, Belarus sərhədinə 50 km qalmış dispetçerlərin tələbi ilə geri dönüb. Dispetçer hər hansı izahat vermədən təyyarənin ekipajına dərhal geri qayıtmaq göstərişi verib və əks halda, havaya qırıcı təyyarələrin qaldırılacağını bildirib.
 
Təyyarə Julyanı hava limanına endikdən sonra Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əməkdaşları Ermənistan vətəndaşı olan sərnişini təyyarədən çıxararaq aparıblar. Təyyarə yanacaq doldurduqdan sonra Minskə uçub. Ermənistan vətəndaşı isə bir qədər sonra sərbəst buraxılıb. Onun hansı səbəbdən saxlanıldığı bəlli deyil.
 
Təyyarədə 136 sərnişin olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR